"Anar Həşimov heç yerdə işləmirdi. Qızım ona ərə gedəndə bir ay evimizdə söz-söhbət oldu.
Anar o qədər yalanlar demişdi ki, hər yerdə evi var və sair. Qızım ailə qurandan xoş gün görmədi. Ona deyirdim ki, ayrıl, qoy çıxsın getsin haradan gəlmişdisə elə ora. Qızım cavab verirdi ki, yox, ortada uşaq var. Sonu da bu yerə çıxdı".
Teleqraf.com xəbər verir ki, bu sözləri həyat yoldaşı Anar Həşimov tərəfindən qətlə yetirilən 43 yaşlı müğənni Yaqut Haşımovanın anası “Günə son” verilişində deyib:
"Yaşadıqları evi də biz almışıq. Kürəkənim gəlib hazır evdə oturmuşdu. Hələ Yaqut ona avtomobil də aldı ki, get, taksi sürücüsü işlə, uşağın var. Yaqut hansı günü ona pul verirdisə, o gün xoş olurdu. Pul verməyəndə evdəki "kukla"ları doğrayıb, eyvandan aşağa atırdı. Qızım üç dəfə evə polis çağırmışdı.
Həmin gün qızımdan 30 min manat pul istəyib. Yaqut niyə ona o pulu verməli idi ki? Sən get özün işlə, pul qazan da. Qızıma bıçaq atıb, şah damarını partladıb. Bir də bıçağı atıb başının alın hissəsinə, beyindən əməliyyat olduğu yerə”.
Yaqut Həşimovanın atası isə Anar Həşimovun narkotik istifadəçisi olduğunu bildirib.
Qeyd edək ki, Yaqut Həşimova müğənnilik fəaliyyəti ilə məşğul olurmuş. O, “Azəristar” yarışmasının iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınıb.