Xalq artisti Aygün Kazımova növbəti konsertini Avropada verəcək.
Teleqraf.com xəbər verir ki, pop diva Almaniyada Bergkamendə səhnəyə çıxacaq.
Avropada yaşayan azərbaycanlılar arasında sorğu keçirilib və ən çox istənilən müğənni məhz Aygün Kazımova olub.
Tədbir noyabrın 3-də planlaşdırılıb. O, tədbirdə hit mahnılarını xaricdə yaşayan həmyerlilərimiz və gecənin qonaqları üçün səsləndirəcək.
“Əziz Avropada yaşayan həmvətənlərim, nəhayət sizin görüşünüzə gəlirəm. Yeni konsert proqramımla noyabrın 3-də sizin yolunuzu gözləyəcəyəm. Yox, bu dəfə siz mənim yolumu gözləyin”,- deyə, ölkənin əsas ulduzu söyləyib.
Tədbirin aparıcılığını Afaq Gəncəli edəcək.