19 Oktyabr 2023 19:11
1 276
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Füzuli Şəhər Günündə təşkil edilən konsertdə iştirak etdim. Cıdır düzünə getdim, orada olmaq, həm sevincli, həm də kədərli idi. Kədərlidir ki, doğmalarımız, hərbçilərimiz orada canlarını fəda ediblər. Sevinirik ki, torpaqlarımızı işğaldan azad etmişik".

Bu sözləri Teleqraf.com-a açıqlamasında əməkdar artist Xəyyam Nisanov təəssüratlarını dilə gətirərkən deyib:

"Çox sevinirik doğma torpaqlarımızdan musiqi sədası gəlir, xoş günlər yaşanır. Biz Füzuli Şəhər Günündə parkın açılışında iştirak etdik. Orada konsert proqramı oldu. İnşallah arzu edirik ki, Qarabağımızda tez-tez konsertlər təşkil edilsin və biz də orada iştirak edək. Cıdır düzünə gedəndə çox duyğulandım. Bu hissi söz ilə ifadə etmək çətindir".

Əməkdar artist İsrail-Fələstin münaqişəsindən də danışıb: "İsraildə yaşayan qohumlarımla tez-tez əlaqə saxlayıram. Arzu edirəm ki, sülh və əmin-amanlıq olsun. Tezliklə hər yerdə sülh olsun. Çünki hər iki tərəfdə insanlar həlak olurlar. Qohumlarımla əlaqə saxlayıram. Allaha şükür, yaxşıdırlar. Təbii ki, həyəcan keçirirlər. Hazırda İsraildə əvvəlki günlərlə müqayisədə vəziyyət stabildir. İnşallah, düşünürük ki, bugünlərdə hər şey bitəcək. Biz bunun arzusundayıq".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər