23 Oktyabr 2023 14:52
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ-a getdim. Həyatımın ən çətin zamanı idi. Düzdür, baxanlar deyəcəklər ki, o böyüklükdə Los-Ancelesdə yaşamısan. Həyatımın ən çətin dönəmi idi. Fəxr edirəm ki, o mərhələni keçdim. O insan ki, cibində pul yox, bəzən küçələrdə "skamya"larda yatıb".

Teleqraf.com xəbər verir ki, bu sözləri "Qapqara" verilişində xalq artisti Miri Yusif deyib.

"Müxtəlif yerlərdə qab-qacaq yuyub, yer təmizləyib, ofisiant işləmişəm. Səhnəyə çıxanda bir saniyədə yaşadıqlarım gözümün qarşısından keçir. Bu, gözəl bir təcrübədir və olmalı idi. Burada maddi məsələlər deyil, qazandığım başqa şeylərdir. Mən güclü oldum. Amerikaya Yusif gedib, Miri Yusif qayıtdım", - o söyləyib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər