27 Oktyabr 2023 16:21
1 342
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər televiziyasında yayımlanan "İncə səhər" verilişində Vüsalə Əlizadə ilə müğənnilər Sevil və Sevinc Səfərova arasında qalmaqal yaşanıb.

Teleqraf.com xəbər verir ki, Vüsalə Əlizadənin əkiz bacılardan salat hazırlamaq istəyi qarşı tərəfin etirazı ilə qarşılanıb.

Sevinc Səfərova verilişə mahnı oxumaq üçün gəldiklərini bildirib: “Yeni veriliş olduğu üçün sevə-sevə gəldik. Bura gəliriksə, hazırlaşırıq, günlərlə geyimin yoxlanılmasına gedirik. Mən müğənniyəm. Bizim mətbəxdəki qabiliyyətimizi hamı bilir. Efirə salat hazırlamağa gəlmirəm. Oradan oxuyursan, buradan salat düzəldirsən. Düzgün deyil. Verilişə gəlmədən öncə komandanızla danışmışıq. Sizə uyğundursa, iştirak edək".

Vüsalə Əlizadə isə bacılara “Burada xalq artistləri, əməkdar artistlər belə yemək hazırlayıb. Verilişə gəlmisinizsə, formata hörmət edin. Bu bizə qarşı hörmətsizlikdir. Sizin bu təklifinizdən öncədən xəbərim olmalı idi. Aparıcı kimi təcrübəm çoxdur və yaşım da sizdən böyükdür”,-deyə cavab verib.

Sevinc Səfərova daha sonra aparıcıya "Hörmət etməsəydim, verilişə gəlməzdim. Verilişə gəlməzdən öncə dedim ki, biz yemək hazırlamırıq. Sevərək oxumaq istəyirəm. Tamaşaçıların qarşısında elə təqdim edirsən ki, qızlar hörmətsizlik edir . Biz heç bir hörmətsizlik etmədik",-deyib.




Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər