"Bizdə musiqi sənayesi yoxdur, müğənnilər var... Sənaye isə yoxdur. Sənaye toydadır. Bizdə çox gözəl toy mərasimləri keçirilir”.
Teleqraf.com xəbər verir ki, bu sözləri prodüser və televiziya aparıcısı Emin Əfəndi “Gülüstan” sarayından keçirilən Musiqi Forumunda çıxışı zamanı bildirib: “Güclü caz musiqiçiləri belə toya gedib pul qazanırlar. Böyük konsertlərsə vermirlər. Opera və Balet Teatrının işçiləri də toya gedir. "Gülüstan" sarayında da toy olur.
Rok ifa edən adam toya getməyə məcbur olmamalıdır. Demirəm ki, toy pisdir. Yaxşıdır, olmalıdır. Televiziyaya çıxan da toya uyğun musiqi oxuyur ki, onu məclisə çağırsınlar. Bizim musiqi biznesindən danışmaq çox tezdir. Ədliyyə Nazirliyi işləyir, amma sənaye özü işləmir”.