19 Yanvar 2015 12:19
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Abbas Bağırov qonağı olduğu verilişdə maraqlı açıqlamalar verib.

Teleqraf.com xəbər verir ki, əməkdar artist “Onlar” verilişində toy fotolarından danışıb: “Hamı bilir ki, mən evli olmuşam. Keçmiş həyat yoldaşımla fotomu yayıb, lazımsız məlumatlar yazıblar. Ailə, ev avtomobil musiqidən kənar mövzulardı və bu haqda danışmıram. Evlənəcəyimi soruşurlar. Təbii ki, vaxtı çatanda evlənəcəm. Bunu şok etməyin mənası yoxdur. Ailəvi mövzularla gündəmə gəlmək fikrim yoxdur. Öz saytım hazırlanır, məndən açıqlama almaq istəyənlər saytıma daxil olacaqlar, orada onlara video müraciətlərlə cavab verəcəm”.

O, həmkarı Zamiq Hüseynovla küsülü olması barədə yayılan məlumatlara da aydınlıq gətirib:

“Heç nə səbəbsiz olmur. Kimləsə münasibətim yoxdursa, heç vaxt olmayacaq. Salam verməsələr, mən də verməyəcəm”.

Rüstəm


Müəllif: