Müğənni Əli Mirəliyev mərhum xalq artisti İlhamə Quliyevanın bacısı Gülbahar Quliyevadan şikayət edib.
Teleqraf.com xəbər verir ki, Əli Mirəliyev "Space star” maqazin verilişində bu haqda danışıb.
"Sənə İlhamə Quliyeva nə nə edib? Utanmadın, onun avtomobilinə, bağına, şəhərdəki evlərinə sahib çıxmağa? Siz onların düşmənisiniz. İlhamə Quliyevanın qəbri niyə belə toz içində qalmalıdır? Mal-mülkü şirindirsə, qəbri də sizə əziz olmalıdır. İlhamə Gülbaharı yox, İradənin xətrini çox istəyirdi. Gülbahardan zəhləsi gedirdi.
İlhamə qızıma demişdi ki, mən öləndən sonra bacılarımı qəbrimə yaxın buraxma. Onun mülkləri ögey bacılarına qismət oldu, amma xarici pasportu mənə...", - o deyib.
Gülbahar Quliyeva Əli Mirəliyevin ittihamlarına belə cavab verib: “Əli Mirəliyev çox söz deyə bilər. Biz ziyarətimizi nə vaxt lazımdırsa, edirik. Qəbiristanlıqda işçilər, molla və məzarları təmizləyən qadınlar var.
İlhamənin qəbrini ziyarət edənləri hamı görür. Əli Mirəliyevin səsləndirdiyi fikri mənə maraqlı deyil. İlhamənin qəbrini toz basmayıb. Axı, Əli Mirəliyev kimdir?!
İlhamə xanımla gediş-gəlişimiz də olub, o, bacım İradənin evində də yaşayıb. Əli Mirəliyev ondan uzaq idi və illərlə İlhamə xanım onunla danışmayıb. Bunu mən demirəm, hamı bilir”.