Qanunsuz silah saxlamaq ittihamı ilə həbs edilən türkiyəli sosial media fenomeni Banu Parlak sərbəst buraxılıb.
Teleqraf.com xəbər verir ki, media mənsublarının onu gözlədiyini bilən Banu Parlak ədliyyə binasından qaçaraq uzaqlaşıb.
Avtomobilinə əyləşən sosial media fenomeni məkanı tərk edib.
Qeyd edək ki, Banu Parlak silahla video çəkdirmişdi. Onun evinə baxış zamanı sənədsiz silah aşkarlanmışdı.