Aktyor Cavidan Novruz Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında dəhşətli yanğında dünyasını dəyişən 1962-ci il təvəllüdlü sahibkar Razi Qasımov haqqında paylaşım edib.
Teleqraf.com xəbər verir ki, Cavidan Novruz İnstaqramda hekayə bölümündə bu sözləri yazıb:
“Heyif səndən, Razi dayı. Bəziləri getmək əvəzinə, təəssüf, sən getdin. Amma qarışqanı belə incitməzdin. Allah sənin kimi bəndələrini çox sevər və sənə yanında yer ayırar. Məkanın cənnət olsun. Uşaqlığım, hər şeyim səninlə getdi. Dəyərli xatirəmizdə yaxşı qalan insanlar yavaş-yavaş tərk etdi bizi. Sən də belə... Bizi çox üzdün".
Qeyd edək ki, Razi Qasımov Cavidan Novruzun dayısıdır.