Müğənni Ayan Babakişiyeva "Xəbərin var" verilişində trenddə olan müğənniləri tənqid edib.
Teleqraf.com xəbər verir ki, ifaçı bu sözləri deyib: "Estrada müğənnisi ilə başqalarını qarışdırmasınlar. İstəyir məndən incisinlər, istəyirlər yox. Bu gün yalandan 5-10 min manat pul verib, mahnını trend etmək bizim səviyyəmizə uyğun deyil".
"Bu gün Şəbnəm Tovuzlu, Türkan Vəlizadə trenddədir" sualına cavabda ifaçı bildirib: "Mənə də mahnımı trend etmək təklif olunur, mən özümü niyə aldadım? Biz klip təqdim edəndə təqdimatımıza Faiq Ağayev, Aygün Kazımova gələndə həmin ifaçılar el şənliklərində iştirak edən müğənnilər olublar. Sonra efirdə kommersiya xarakterli verilişlər açılıb, onlar öz mahnılarını təqdim ediblər. Kliplərim üçün pul xərcləmişəm, sənətimə sərmayə yatırmışam. Amma heç vaxt efirə pul verib çıxmamışam. Mən kommersiya xarakterli müğənni olmamışam".