74 yaşlı rus estrada müğənnisi Alla Puqaçova Kiprdə alış-veriş edərkən özünü pis hiss edib.
Teleqraf.com MK.RU -ya istinadən xəbər verir ki, bunu “Aleksey” adlı butikə gələnlərdən biri deyib.
Nəşrin həmsöhbətinin sözlərinə görə, o, sənətçini dərhal tanımayıb. “Alla Puqaçova küçədə onu gözləyən köməkçi və sürücünün müşayiəti ilə gəldi”, - deyə kişi bildirib.
O qeyd edib ki, müğənni səhhətinin pis olduğunu gizlətməyib: “O, hətta daha böyük ölçüdə ayaqqabı almağa məcbur oldu, çünki o, əvvəlkilər ona daha uyğun gəlmirdi. Eşitdiyimə görə, ayaqları hər gün şişir. Həmin gün o, özünü çox pis hiss etdi”, - o əlavə edib.