Əməkdar artist Gülbahar Şükürlü səhhətindən danışıb.
Qarmon ifaçısı Teleqraf.com-a açıqlamasında səhhətinin yaxşılaşdığını bildirib: “Arada xəstələndim, Allaha şükür indi səhhətim yaxşıdır. Müalicəm davam edir. İndi cavan insanların səhhətində problem var, adam xəstəyəm deməyə utanır. Allah hər kəsə can sağlığı versin”.
Qeyd edək ki, bir müddət əvvəl Gülbahar Şükürlü xəstəxanaya yerləşdirilmişdi. Onun başında onkoloji şiş aşkarlanmışdı.