Türkiyənin məşhur aktrisası Serenay Sarıkaya psixologiya sahəsinə marağından danışıb.
Teleqraf.com xəbər verir ki, Serenay Sarıkaya uşaqlıq illərindən psixologiyaya aid kitablar oxuduğunu deyib:
"Valideynlərim boşandıqdan sonra bibim, mən və anam uzun illər birlikdə yaşadıq. Evdə davamlı olaraq psixoloji kitablar oxunurdu. Bu, həyatım boyu mənə çox kömək etdi, istər iş həyatımda, istərsə də şəxsi həyatımda..."
Qeyd edək ki, aktrisa "Ailə" serialında psixoloq Devin obrazını canlandırır.