7 Dekabr 2023 17:57
1 334
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Elə aparıcılar var ki, illər öncədən tanışıq. Amma söz-söhbətdən qaçdığım üçün proqramlarda iştirak etmirəm".

Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni Yeganə Mürsəlova "Tarixin bir günü" verilişində aparıcıları tənqid edərkən deyib.

Müğənni Tarix Əliyevin "Yaxın günlərdə yalandan xəbər yaymışdılar ki, həyat yoldaşından boşanmısan. Məcburən həyat yoldaşını göstərdin" replikasına cavabda deyib: "On beş ildir ki, məni həyat yoldaşımdan boşadırlar. Bu söz-söhbət bitmədi. Ona görə də verilişlərə getmirəm. Həyatda problemsiz insan yoxdur. Evimin içini niyə efirə çıxarmalıyam? Olmayan şeyləri deyib yazırlar".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər