"Ofisimi Nişantaşıdan Etilere köçürdüm, çünki orda nəqliyyat çox sıx idi. Oranı ev deyil, ofis olaraq kirayə götürmüşəm. Həyat yoldaşımla orada yaşamırıq".
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Burcu Esmersoy Serenay Sarıkayanın evini kirayəyə götürdüyünə dair yayılan xəbərlərə aydınlıq gətirərkən deyib.
"Ancaq kirayə haqqı yazılan kimi deyil. Təbii ki, rəqəmlər bir az şişirdilib. Serenay Sarıkaya sağ olsun, evi çox təmiz saxlayıb. O, evə məndən daha yaxşı baxır", - deyə Burcu bildirib.
Bir müddət əvvəl mətbuatda Burcu Esmersoyun Serenay Sarıkayanın boşaltdığı mənzili 130 min liraya kirayə götürdüyünə dair xəbərlər yayılmışdı. .