10 Dekabr 2023 01:37
1 430
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Eşitmişəm ki, telekanallarda məşhurların, müğənnilərin, aparıcıların geyimi ilə bağlı senzura yaranıb. Bir çox telekanal açıq-saçıq gələn qonaqları geri çevirirlər"

Teleqraf.com xəbər verir ki, bunu müğənni Nura Suri sosial şəbəkə paylaşımında deyib.

"Belə eşitmişəm, mənim başıma gəlməyib. Bunu eşidəndə təəccübləndim. Çünki elə müğənni açıq-saçıq geyinməlidir. Bu normaldır, səhnədə elə olmaq lazımdır. Müğənnilər fərqlənməlidir. Dünya səhnəsinə, ulduzlarına bir baxın. AzTV-də bu var, 5-6 müğənnidən başqa heç kim efirə dəvət almır ki, senzura var. Başqa telekanallara nə olub? Niyə bayağı mahnılara senzura yoxdur? Efirə layiq olmayanlar oraya çıxa bilir. Sosial verilişlərdə adi insanların həyatında baş verənlərə senzura yoxdur, amma müğənnilərə var. Deməyə sözüm yoxdur"- deyə müğənni bildirib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər