"Dünyagörüşü aşağı olanlar hər mövzuda kiçik beyinləri yorub, fikir bildirməsələr daha sanballı görünə bilərlər. "Müğənni sənəti ilə sevilsin, geyimi ilə deyil” kimi boş fikirləri özünüzə saxlayın".
Teleqraf.com xəbər verir ki, bu sözləri sosial şəbəkədə müğənni Nura Suri yazıb:
"Ən çox sevilənlər, məşhur olanlar toylarınızın, tədbirlərinizin tacı olanlar elə açıq-saçıq geyimləri ilə qəbul olunublar. Öz həyatınızı yaşaya bilmirsiniz, beyniniz inkişafdan qalıb, komplekslər, çərçivələr sizi boğub, özünüzdən xəbəriniz yoxdur. Sizi heç qonşularınız tanımır, evinizdə sözünüzün dəyəri yoxdur, elə bilirsiz şərhlərdə zəhərinizi töküb təmizlənirsiz? Xeyr! Yenə də sizin sözünüzün dəyəri yoxdur.
Dünyadan xəbəriniz yoxdur, hələ də qalmısınız qul təfəkküründə. Onun-bunun dalınca danışmaq, paltarını, şəxsi həyatını müzakirə etmək sizi nə hörmətə mindirir, nə də nə qədər aciz olduğunuzu ört-basdır edir".