Əməkdar artist Babək Niftəliyev əmisi oğlu, xanəndə Xəqani Niftəliyev üçün maddi yardım istəyib.
Teleqraf.com xəbər verir ki, Babək Niftəliyev sosial media hesabında Xəqani Niftəliyevin fotosunu bu sözlərlə paylaşıb:
"Serrozdan əziyyət çəkir, qaraciyər köçürülməsi şərtdir. Bu çətin zamanda sizlərin maddi dəstəyinə və dualarınıza ehtiyacımız var. Azyaşlı körpəsi var. Allah gəncliyinə bağışlasın".