Aparıcı-aktrisa Zümrüd Qasımova "Xəbərin var?" verilişində açıqlaması ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Zümrüd Qasımova atası ilə münasibətindən danışıb:
"Atası tərəfindən sevgi görməyən qız hər zaman həyatında səhv edir. Atam çox zəhmli insan idi. Ona görə deyirəm ki, ata hər zaman qızına sevgisini göstərməlidir. Məsələn, küçədə atamla üz-üzə gələndə mənə "salam" verməzdi, onun yanından keçərdim. Halbuki çox qayğıkeş, ailəsi üçün əziyyət çəkən bir insan idi. Evin içində səsim gələndə deyirdi ki, Zümrüd səsin gəlir. Çox ciddi olub. Çox yaxşı ata olub, amma gərək mənə sevgisini göstərəsən. Çox şükür sevgi məsələsində hazırda heç bir narazıçılığım yoxdur. Hətta həyat yoldaşım deyir ki, mən sənə heç kimin vermədiyi bütün sevgini vermişəm. Amma ata uşağına sevgisini göstərməlidir".