25 Dekabr 2023 15:42
1 411
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış muğam ifaçısı Kamilə Nəbiyeva Akademik Opera və Balet Teatrından adının afişadan çıxarılması haqqında yayılan xəbərlərə aydınlıq gətirib.

Xanəndə Teleqraf.com-a açıqlamasında "Leyli və Məcnun" tamaşasından adının afişadan çıxarılmadığını bildirib:

"Adımın afişadan çıxarılması yalan söhbətdir. Allah açan qapını kimsə bağlaya bilməz. Qismətimdə varsa, "Leyli və Məcnun" tamaşasında Leyli obrazını oynayacam. Bu ifadəni başqa bir xanəndə işlədib. Mənim dilimdən adım "afişadan çıxarılıb" ifadəsi işlənməyib. Bu yalan xəbərdən sonra Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev ilə əlaqə saxladım. Onlar bildirdilər ki, biz sizə inanırıq.

Yalandan heç kimin haqqına girə bilmərəm. Azərbaycan muğamını dünyanın hər yerində təmsil etmişəm. "Leyli və Məcnun" tamaşasında Leyli obrazında oynayacaqdım. Həmin vaxt teatrda təmir başladı. İkinci dəfə tərəf-müqabilimin səhhətində problem yaşandığı üçün baş tutmadı.

Üçüncü dəfə isə Hafiz müəllim mənə zəng edəndə xarici ölkədə idim. Həmin ay dörd səfərim var idi. Yəni belə bir hal olmayıb".




Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər