Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Aybəniz Haşımova yaşına görə tənqid edilən sənətkarları müdafiə edib:
"Mənim əzizlərim, siz özünüz də yaşa dolursunuz axı. Təki siz də yaşa dola bilin, gənc, gözəl, təravətli olun və insanları, sənətkarları yaşları ilə yox, sənətinin zirvəsi ilə layiq olduğu dəyərdə işıqlandırmağı bacarın. Bəziləri yazırlar ki, filan yaşda müğənni oxudu və yaxud da konsertdə insanlarla yan-yana durub şəkil çəkdirirsən, o saat qaçaraq özündən səhv nəsə yazır. Bilmirsən ki, səni çox sevdiyindən, hədsiz nifrətindən, günahları boynuna yazıb, insanları da səhv düşünməyə yönəldirlər. Beləliklə, tək özləri deyil, çoxlarını öz günahlarının oduna yandırırlar. Allah tez bir zamanda insanları günahdan hifz etsin. Başqa nə deyə bilərəm? Mənim əzizlərim, şəxsən öz dilimdən eşitməyidiyiniz, heç kəsin dediyinə inanmayın. Həyatımda qorxudan dilə gətirilə bilməyəcək heç nəyi heç vaxt etməmişəm, etmərəm. Amma hansısa addım atmalı olsam, mütləq deyəcəm. Siz də alqışlayacaqsınız! Çünki millətimə, dövlətimə, ailəmə, nə də sevdiklərimə baş aşağılıq gətirəcək insan olmadım. 55 yaşdan sonra isə heç olmaram".