Mərhum əməkdar artist Aygün Hümmətovanın (Bəylər) köməkçisi mərhum sənətçinin qızı Cananın Almaniyaya atasının yanına köçməsi haqqında yayılan iddialara cavab verib.
Əməkdar artistin köməkçisi Teleqraf.com-a açıqlamasında xəbərləri təkzib edib: "Cananın Almaniyaya köçməsi haqda məlumatlar doğru deyil. Yalandır".
O, əməkdar artist Aybəniz Haşımovanın qızı, bloger Aynişan Quliyevanın Canan üçün bank hesabı açmaq istəyini də sərt tənqid edib: "Aynişan kimdir ki, Aygün Bəylərin qızına dəstək olsun? Bəyəm Aygün Bəylər balaca adamdır?! Aynişan Quliyeva öz həyatı ilə məşğul olsun".