27 Yanvar 17:31
2 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Roza Zərgərli mərhum əməkdar artist Aygün Bəylər haqqında etirafı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, ifaçı "Tarixin bir günü" verilişində bu sözləri deyib:

"Mən insanlara, sənətçilərə sağlığında dəyər verən insanam. Çox insan dedi ki, Aygün Bəylərin çətin anında yanında olduq və s. Siz Aygün Bəylər altı ay yataqda olanda harada idiniz? Qızı Cananın dünyaya gəlməsi belə mənim ona məsləhətim idi. Aygün Bəylər bacısının qızını övladlığa götürmüşdü. Onu böyütmək istəyirdi. Mən buna narazılıq etdim. Ona dedim ki, sənətkarsan, öz övladın, canından, qanından biri olsun.

Sən qocalanda bir stəkan su gətirən qızın olsun. Canan üç il sonra dünyaya gəldi. Aygün arada xəstələnirdi. Mən ona qızım Bənövşə ilə yemək bişirib göndərirdim, qonşum idi. Mən Aygün Bəylərə belə dost olmuşam. Onun son konsertində və dünyasını dəyişəndə Azərbaycanda deyildim. Aygün Bəylər xəstə və acınacaqlı vəziyyətdə olanda, evini konsertinə görə girov qoyanda harada idiniz? Niyə toy məclislərinə dəvət etmirdiniz? Ətrafdan sənətkar deyib, sevmək çox asandır".

Qeyd edək ki, Aygün Bəylər xərçəng xəstəliyindən dünyasını dəyişib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər