12 Fevral 16:16
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Eyyub Yaqubovun kişilər günü ilə bağlı konserti” başlığı altında yayılan xəbərlərlə əlaqədar xalq artisti Eyyub Yaqubov açıqlama verib.

Teleqraf.com-un xəbərinə görə, xalq artisti məkanın hazırladığı anonsdan narahatlığını dilə gətirib.

23 fevralın adi bir gün olduğunu xatırladan Eyyub Yaqubov yazılanları təkzib edib: "Bildirmək istəyirəm ki, əyləncə məkanlarından birində 23 fevral tarixində keçirilməsi planlaşdırılan konsertimin "Kişilər günü” adı altında anons olunmasına qəti qarşıyam və bu haqda iradımı təşkilatçıya çardırmışam. İlk olaraq bildirim ki, mənim üçün "kişilər günü” deyilən bir anlayış yoxdur. Mən 23 fevral tarixində adi bir gün kimi sevənlərimin qarşısında çıxış etmək üçün bu təklifi qəbul etmişəm.

Məkanın və təşkilatçının mənim xəbərim olmadan bu adla konsertimi izləyiciyə təqdim etməsi yanlışdır. 44 günlük müharibədə qələbə qazanan və 3000 şəhid verən ölkənin vətəndaşları üçün hər gün "Kişilər günü”dür”.

Qeyd edək ki, xalq artistinin komandasının məkanın rəhbərliyinə irad bildirməsindən sonra konsertin anonsu səhifədən qaldırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər