Tanınmış müğənni Zamiq Hüseynov növbəti ekran əsəri ilə ürəkləri fəth edib.
Teleqraf.com xəbər verir ki, sənətçi "Səni gözləyirəm" adlı yeni mahnıya çəkilən klipini yayımlayıb. Mərhum şair İsa Körpülünün (İsa Mansurov) “Səni gözləyirəm” şerinə, xalq artisti, bəstəkar Faiq Sücəddinovun bəstələdiyi musiqi dinləyicilərə təqdim edilib və qısa zamanda sevilib. Onu da qeyd edək ki, ekran işinin rejissorluğu yenə də Emin Muradova həvalə olunub. Musiqinin sözləri həm də 1990-cı illərdə Qarabağda nakam bitmiş bütün sevdaları canlandırması ilə diqqəti cəlb edir. Klipin süjet xəttində bir - birini sevən iki gəncin yaşadığı dərin eşqi, yaşa dolanda belə qovuşmaz, iztirablı sevgisi əks olunub. Geniş kollektivin əməyi hesabına ərsəyə gəlmiş sənət əsəri ilk gündən böyük dinlənmə sayı qazanıb.