"Deyəsən, "Apatiya-2" filmi çəkiləcək. Mən sizlərə fevralın 9-da cəmiyyət olaraq hansı yön aldığımızı göstərdim. Təhqirdən ağıl verəninizə qədər xeyli adam oldu".
Teleqraf.com xəbər verir ki, bu sözləri aktyor Hikmət Rəhimov sosial media hesabında yazıb: "Bu cəmiyyətin insanı sevgisizlikdən əziyyət çəkir. Bu cəmiyyətin insanı nəyə görə dünyaya gəldiyini hələ anlamayıb. Bu problem nə dövlətin, nə təhsilindir. Problem laqeyd və sevgisiz valideynlərdədir. Kim olduğunuzu sizlərə göstərməyənə qədər düzələn deyilsiniz. Ona görə filmə baxın, təkrar düşünün".