Əməkdar artist Elnarə Abdullayeva ATV kanalında yayımlanan "7 Tamam" verilişində haqqında yazılan tənqidi fikirlərə cavab verib.
Teleqraf.com xəbər verir ki, Elnarə Abdullayeva bu sözləri deyib: "Mənim haqqımda sosial şəbəkələrdə yazırlar ki, "yenə bu başladı", "hərdən "vor zakonlar" kimi danışır", "ağzına gələni danışır", "bir az özünü xanım kimi apar" və sair.
Məni çox kobud adlandırırlar. Həmin insanlara üzümü tutub demək istəyirəm ki, mən camaatdan razıyam və hər kəsi çox istəyirəm. O sözləri yazanlar xanımlardır. Onlara demək istəyirəm ki, özümü sizə incə xanım kimi göstərib, camaatın cibinə girim? Sizin kimi evlər dağıdım? Mən kobudam... Mən kənd adamıyam, sevirsənsə bax. Qurban olum, sevmirsən, mənə niyə baxırsan?"
Elnarə Abdullayeva şairə Nazilə Səfərlinin "Gəlindir deyə, bizim qabağımıza çay gətirməlidir" fikrinə də mübasibət bildirib: "Biri dedi ki, gəlinə çay gətizdirmək olmaz, onu sosial şəbəkədə söydülər. Biri dedi ki, gəlin çay gətirməlidir, yenə onu da söydülər. Yaxşı ortaq məxrəcə gələk, nə etsinlər? Bunlar düzgün sözlər deyil. Mənə də deyirlər ki, üzündə botoks var. Vallah üzümdə botoks yoxdur. Bilmirsiniz, niyə danışırsınız?! Əslində, mənim o insanlara yazığım gəlir".