23 Fevral 13:32
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Tarix Əliyev (Tolik) aparıcısı olduğu "Tarixin bir günü" verilişindəki çıxışına görə MTV kanalının Audiovizual Şura tərəfindən cəzalandırılmasına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Tarix Əliyev İnstaqramda hekayə bölümündə bu sözləri yazıb: "Hamı mənə zəng edir ki, sənin verilişin bağlanıb? Xeyr, proqram bağlanmayıb. Qanun hamı üçün qanundur, deməli, belə məsləhətdir.

Hörmətli Audiovizual Şura, deyəsən, hərdən diqqətinizdən yayınır, xəbərçilik kimi çıxmasın, bəzi verilişlərdə əqli qüsurluları ələ salıb, qoca arvadları ərə verən, şikayətçiləri qarşısında diz çökdürən, zorlanma səhnələrini efirdə çılpaqlığı ilə büruzə verən, azyaşlı uşaqları üzübağlı da olsa çıxarıb, xalqa yazıq kimi təqdim edən, müğənnilərin "həci"lərini müzakirə edən, silikonlarını, bədənlərini nümayiş etdirənləri də cəzalandırın".

Qeyd edək ki, Tarix Əliyevin proqramın yayımı zamanı yeniyetmə qızlardan birinin digərinə qarşı nalayiq və təhqiredici hərəkətlərini həmin qızın doğulduğu məkanla əlaqələndirilməsi və bununla da həmin yaşayış məntəqəsində məskunlaşanlara ayrıseçkilik təbliğ olunaraq onların təhqir olunması, habelə həmin nalayiq hərəkətləri edən yeniyetmə qızın üzünün açıq göstərilməsi halları qanunvericiliyin tələblərinin birbaşa pozuntusu kimi qiymətləndirilib.

Audiovizual Şura üzvlərinin yekdil fikri ilə bu pozuntulara yol vermiş MTV televiziya kanalının efirinin müvəqqəti (27 fevral 2024-cü il tarixdə, saat 09.00-dan 17.00-dək 8 saat müddətinə) dayandırılması haqqında qərar qəbul olunub.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər