Türkiyəli müğənni Sərdar Ortaç maraqlı açıqlama verib.
Teleqraf.com “Hürriyet”ə istinadən xəbər verir ki, ifaçı həyat yoldaşı Kolenin "Bu tərz mənim"də münsif kreslosuna oturandan sonra ev işlərini özünün etdiyini söyləyib.
Həyat yoldaşının münsif olmasından qürur duyduğunu söyləyən Sərdar Ortaç "Mən artıq evdar kişi oldum. Yeməkləri köməkçilərim hazırlayır. Mətbəxdə bacarıqlı müvəffəqiyyətli deyiləm amma yeməkləri istidib, süfrəni qura bilirəm. Həyat müştərəkdi" deyib.
Qeyd edək ki, Sərdar Ortaç özündən 21 yaş kiçik olan Kole ilə 2014-cü ilin iyunun 6-da ailə həyatı qurub.
Rüstəm