18 Mart 14:41
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Röya Ayxan MTV Azərbaycan kanalında xalq artisti Flora Kərimova ilə küsülü olmasından danışıb.

Teleqraf.com xəbər verir ki, Röya Ayxan bu sözləri deyib: "Mən heç kimlə barışmamışam, Flora Kərimova ilə münasibətim çox gözəl idi. Sadəcə medianın xəbəri yox idi. 8 Mart – Beynəlxalq Qadınlar Günündə evinə gedib, bayramını təbrik etmişəm. Bu, barışıq deyil! Flora xanımı harada görsəm, salamlaşmışam, öpmüşəm, qucaqlamışam.

Valideynlərim və əzizlərim Bakıda olmadığına görə onların yerinə Flora xanımı seçdim. Əsla, belə düşünməyin ki, Flora Kərimova ilə danışmırdı, barışdılar. Xeyr! O, mənim hər zaman sevdiyim və istədiyim insan olub. Aramızda anlaşılmazlıqlar da olub..."


Müəllif: Rəqsanə Həsənova