Türkiyənin tanınmış aparıcısı Bəyazid Öztürk evlənəcəyi bağlı yayılmış xəbərlərə aydınlıq gətirib.
Teleqraf.com “Hürriyət”ə istinadən xəbər verir ki, şoumen bütün bunların yalan olduğunu bildirib:
“Sağ olsunlar, təşəkkür edirəm. Bunları öyrənməyim öz adıma yaxşı oldu. Media olmasa, evlənəciyimdən xəbər tuta bilməyəcəkdim. Yoxsa necə öyrənəcəkdim. Guya evimi də 4.5 milyon avroya satmışam. Halbuki mən kirayədə qalıram”.
Rüstəm