23 Mart 19:27
1 380
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Aygün Kazımova ötən gün Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Crocus City Hall” ticarət mərkəzində törədilən terror aktı ilə bağlı paylaşım edib.

Teleqraf.com xəbər verir ki, Aygün Kazımova paylaşımda Moskvada baş verən dəhşətli hücumda həlak olanların ailəsinə Allahdan səbr, yaralılara tezliklə sağalmalarını diləyib. O həmçinin sözügedən mərkəzdə təxirə düşən Röya Ayxanın konsertinə də diqqət çəkib.

"Allah Rusiyada yaşayan, çalışan bütün həmvətənlərimizi qorusun. Dostum Eminə bu çətin anlarda səbr diləyirəm. Yaşadıqlarının nə qədər ağır olduğunu anlayıram. Ümüd edirəm ki, tezliklə günahkarlar öz cəzasını alacaqlar.

Ötən gün “Vegas City Hall”da çıxış etmək üçün yol alan həmkarım Röyaya çox keçmiş olsun. Şükürlər olsun, həmvətənlilərimiz sağ və salamatdırlar. Dünyamız sağ-salamat olsun, Amin”.


Müəllif: Teleqraf.com