23 Mart 20:29
1 327
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Röya Ayxan Moskvadakı terror hadisəsindən danışıb.

Teleqraf.com xəbər verir ki, Röya Ayxan jurnalistlərə açıqlamasında bu sözləri deyib:

"Baxmayaraq ki, Qarabağlıyam, amma mən belə bir hal yaşamamışdım. Nə güllə səsi eşitmişdim, nə də faciə yaşamışdım. Heç nə görməmişdim. Onu gördüyümə də sevinmirəm. Amma bircə onu bilirəm ki, məni nə qədər adam sevirmiş. Baxmayaraq ki, Fatimə Fətəliyeva ilə eyni məktəbdə oxumuşuq, onunla danışmıram, amma bununla belə məni axtarmışdı. Fatimədən tutmuş Rəqsanə İsmayılovaya qədər bütün xanımlar məni axtarmışdılar. Öncə azərbaycanlılara və azərbaycanlı sənətkarlara təşəkkür etmək istəyirəm. Hər şey yaxşıdır. Məkandan çıxmağımızı məndən soruşsanız bilmirəm. Əgər video çəkiblərsə, siz görmüsünüz. Amma heç nə anlamamışam. Yarıyolda Nazim mənə dedi ki, "heç olmasa bir-iki söz danış, bilək ki, sən yaxşısan". Mənim ağzım bağlanmışdı.
Ən çox sevindiyim hal o idi ki, heç bir azərbaycanlıya heç nə olmamışdı. Amma hər bir insanın ölümü hər birimizə pis təsir edir. Ona görə xalq artisti kimi adımdan başsağlığı verirəm. Kim etmişsə, Allah bilər nə edər.
Mənə hadisə haqda deyəndə ilk növbədə inanmadım. Dedim ki, yalan deyirsiniz. Kənan Bayramov otağa daxil olub, deyəndə ki, hamı otaqdan çıxsın, Röya ilə tək qalım. Onda anladım ki, ciddi bir məsələ var. Öncə elə bilirdim ki, mənimlə zarafat edirlər, ya da konsertimin şousudur. Allah böyükdür, necə olur ki, qapılar üzbəüz idi, bizim qapıya deyil, digər qapıya gediblər. Bizim qapıda daha çox coşqu vardı. Ümumiyyətlə, bu gecə yatmamışam. Allahın yazdığı bir yazı var, biz də bunu yaşamalı idik. Düzdür, yalan deyə bilmirəm ki, qorxmadım. Çox qorxdum. Bir neçə saat ümumiyyətlə danışmamışam. Heç nə anlamadım və başa düşmədim ki, nə baş verir. Çox pis idim. Çox sevinirəm ki, sağ-salamat döndük. Konsertin ən gözəlini də edəcəyik. Amma öncə orada itirdiklərimizə hörmət edib geri döndük. Hörmət edəcəyik, gözləyəcəyik, sonra davam edəcəyik".


Müəllif: Rəqsanə Həsənova