25 Mart 11:39
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Sevda Yahyayevanın adından dələduzluq edilib.

Teleqraf.com xəbər verir ki, Yəhyayeva bu barədə instaqram hesabında bildirib.

“Dəyərli izləyicilərim, əzizlərim, bu və bu tipli paylaşımlara, kələkbazlara aldanmayın. Əgər sizdən kart və ya başqa şəxsi məlumatlar istəyirlərsə, bilin ki, bu, adımdan istifadə olunan bir fırıldaqdır. Mən heç bir sosial hesabımda bu tipli paylaşımlar etməmişəm. Eyni zamanda bu cür paylaşımların altında guya ki, “Biz qazandıq, sən də qoşul və qazan” kimi şərhlər həqiqətə uyğun deyil. Diqqətli olmağınızı rica edirəm və sizi çox sevirəm”


Müəllif: Teleqraf.com