25 Mart 21:28
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bəstəkar mahnılarını oxuya bilməzlər. Bu təlabat deyil, sadəcə bacarmırlar. Bütün bədənlərini "silikon"la doldurublar. Bunlar Allahı da tanımırlar. Allahı tanımayan öz musiqisini tanıyar? Bir insan ki, öz bədənini bəyənmir".

Teleqraf.com xəbər verir ki, bu sözləri əməkdar artist Elza Seyidcahan "Şəbnəmlə iç üzü" verilişində deyib. O, gənc həmkarlarını tənqid edib: "Onlar bu dəqiqə deyirlər ki, nəyin bahasına olursa-olsun altımda "Cip" markalı avtomobil, bir villa olmalıdır. Üzr istəyirəm, nə yolla olur, olsun qeyri-qanuni uşaq dünyaya gətirməliyəm, atasız, anasız, bibisiz, əmisiz, dayısız, xalasız... Bir qanadlı övlad dünyaya gətirməliyəm... Sonra isə həyatımı tək yaşamalıyam, özümə karyera qurmalıyam. Bəzi qızlarımız bu gün bu düşüncədədilər".


Müəllif: Teleqraf.com