30 Mart 12:52
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni İlahə İbadova "Elgizlə izlə" verilişində artıq çəki alması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, aparıcı Elgiz Əkbər isə İlahə İbadovanı artıq çəki almasına görə canlı efirdə pərt vəziyyətə salıb:

“İlahə xanım dəhşətli dərəcədə artıq çəki almısınız. Bir az arıqlasanız, yaxşı olar. Bunlar hamısı yediyiniz şəkərbura və paxlavadandır. Amma sizə deyim ki, köklük yaraşır. Əsas odur ki, səsin, perfomansın, “meydangirliyin” yerində olsun. İnsan kökələr də, arıqlayar da... Bu isə problem deyil".

İlahə İbadovanın aparıcıya cavabı gecikməyib: "Əsl Azərbaycan xanımı belə olmalıdır. İmkan ver “çatım” verilişinizə...Efirə çatan kimi mənə deyirsiniz ki, kökəlmisiniz. Azərbaycan xanımı mənim kimi olmalıdır. Səs eləmə... Özüm də bu köklüyümün stresindən çıxa bilmirəm. Bir az arıqlamışam, yenə davam edirəm".


Müəllif: Rəqsanə Həsənova