30 Mart 20:39
1 036
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ərimin arıqlamağımla bağlı yazdığı mesajdan sonra onu telefonda “Whatsapp”da qara siyahıya atdım".

Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "Zaurla Günaydın" verilişində həkim-genetik həyat yoldaşı Zakir Bayramov haqqında danışarkən deyib:

"Onu yalnız “İnstaqram”da "blok" etmədim. Çünki sonra izləyicilər söz edib, yazacaqdılar ki, ər-arvad bir-birilərini izləmirlər. Mesajda yazıb ki, üç ay ərzində sən üç kiloqram arıqlamadın, öz işinlə məşğul deyilsən, idmana getmirsən, evdə dayələrə nəzarət edirsən. Mən isə Zakirə cavab yazdım ki, axı, sən məndən nə istəyirsən? Arıqlayacam da...".

Qeyd edək ki, cütlüyün iki övladı var.


Müəllif: Rəqsanə Həsənova