1 Aprel 15:01
1 283
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs yenidən evlənəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, müğənni İnstaqramda hekayə bölümündə paylaşım edərək: "Seçkidə uduzdum, evlənirəm. Eşitməyənlər qalmasın. Bütün subaylara salam olsun, evlənirəm", - deyə qeyd edib.

Hər fürsətdə Ədalət və İnkişaf Partiyasına (AK Partiya) dəstək verdiyini bəyan edən Tatlısəs nəticələrdən sonra bu açıqlama ilə diqqət çəkib.

Qeyd edək ki, İbrahim Tatlısəs Ədalət Durak, Ayşəgül Yıldızla rəsmi nikahda olub. Dərya Tuna və Pərihan Savaşla isə vətəndaş nikahında yaşayıb.


Müəllif: Rəqsanə Həsənova