"Bu ölkədə ziyalılarımız, ailə ekspertlərimiz, pedaqoqlarımız yoxdur?!. Müğənni verilişlərdə ekspert olur".
Teleqraf.com xəbər verir ki, bu sözləri aparıcı-prodüser Tarix (Tolik) Əliyev aparıcısı olduğu "Tarixin bir günü" verilişində deyib:
"Bu gün çox sayda ali təhsilli insanlar var. Psixoloqlarımız var. Ümumiyyətlə, bu qədər dünyagörüşlü insanlar var. Onlar kənarda qalıblar, müğənnilər ekspert olublar. Evdə qazan yuya bilməyən, döşəmə silə bilməyən müğənni efirdə xalqa məsləhət verir, ailə dəyərlərindən danışır. Ərindən xəbəri yoxdur. Əri Bakıda aldığı maşında gəzir, özü isə bütün günü Rusiyada o kişi, bu kişiylə... Bakıya gəlir və ailə eksperti olur. Namus-qeyrət ağacı əkəcəm. Ölkəmizdə bu qədər alim, professor, müəllimlər var, bunlar kənarda qalıb, müğənnilər, aktrisalar ekspert olublar".