Əməkdar artist Elza Seyidcahan Mərkəzi Gömrük xəstəxanasına yerləşdirilən xalq yazıçısı Çingiz Abdullayevlə bağlı paylaşımı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Elza Seyidcahan sosial media hesabında Çingiz Abdullayevlə fotosunu paylaşaraq "Əzizimiz, Çingiz müəllim! Xalqımızın başını həmişə uca edən dünya şöhrətli yazıçımız, çox böyük insani xüsusiyyətlərinizin heyranları, sizin üçün dua edirik. Tezliklə işinizin başına gəlin", - deyə qeyd edib.
Qeyd edək ki, bir müddət əvvəl Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvlük vəsiqəsini Çingiz Abdullayev təqdim edib.