15 Aprel 16:25
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Nura Suri ilk övladımdır. O biri uşaqlar kimiydi, sadəcə bir az nadinc, kaprizli... Mən şou-biznes sahəsinin insanı deyiləm. Mən və həyat yoldaşım çox ciddi sahənin adamlarıyıq. Bu yolu Nura özü seçib və o bizim övladımızdır. Ona deyilən hər söz biz valideyinlərə təsir edir”.

Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni Nura Surinin anası Firəngiz Səttarova “İncə səhər” verilişində deyib:

"Nura Surinin çox imkanlı ailəsi vardı. Bizim və həyat yoldaşının imkanı elə idi ki, bu sahəyə gələcəyinə inanmırdım. O qədər maddi imkanı yaxşı idi ki, şirkət aça, iş xanımı ola bilərdi. Bizi tanıyanlar hamı da deyir ki, Nura istəsəydi, çox böyük biznesi olardı. Yəqin ki, populyar olmaq xoşuna gəlir. Mən dəqiq danışan insanam. Populyarlıq çox insanın xoşuna gəlir, yəqin gənc vaxtlarından populyar olmaq onu daha çox cəlb edib”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər