24 May 14:33
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Zülfiyyə Xanbabayeva yeni mahnısını təqdim edib.

Teleqraf.com xəbər verir ki, bəstə “Mənə bir xəbər göndər” adlanır və müəllifi RZZA-dır.

Nəğmənin aranjimanını Clavis ərsəyə gətirib. Xalq artisti mahnı üçün fotosessiya etdirib.

Xanbabayevanın şəklini Oktay Jaffer çəkib və stili üzərində Elnur Həsənov çalışıb.
Bunun üçün çəkiliş meydançasında özəl dekor qurulub.

Xalq artistinin kadrarxası görüntülərini isə Mamed İsmayılov lentə alıb.

Layihənin prodüseri Nigar Hacızadədir. “Mənə bir xəbər göndər” artistin rəsmi yutub kanalı və bütün musiqi platformalarında dinləyicilərin ixtiyarına verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər