24 May 19:03
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Görkəmli şəxsiyyət Məmməd Əmin Rəsulzadənin haqda lentə alınan “Ən səmimi sevgi ilə” daha bir ölkədə nümayiş etdiriləcək.

Teleqraf.com xəbər verir ki, ekran işi Vaşinqton, İzmir, Amsterdam və Ankaradadan sonra 28 May Müstəqillik günü münasibətilə 25 mayda Macarıstanın Budapeşt şəhərində göstəriləcək. Film 27 mayda isə Anadolu Universitetində nümayiş etdiriləcək.

Sözügedən sənədli film Məhəmməd Əmin Rəsulzadənin həyat-fəaliyyətindən bəhs edir. İlk dəfə Azərbaycanda geniş kütləyə təqdim olunan ekran əsəri Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından olan Rəsulzadənin izi ilə Almaniya, Polşa, Türkiyə və Azərbaycanda lentə alınıb.

Filmdə yerli və xarici tədqiqatçıların müsahibələri, Rəsulzadəyə məxsus arxiv sənədləri, eksklüziv foto və video görüntülər nümayiş olunur. Layihənin müəllifi AzTV-də yayımlanan “Yüz ilin sirləri” verilişin müəllif-aparıcısı Hüseyn Cavadzadədir.

Xatırladaq ki, Məmməd Əmin Rəsulzadə 1884-cü il, 31 yanvar tarixində Bakının Novxanı kəndində anadan olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər