24 May 18:01
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli müğənni Əmrahın Bakıda məkanların birində baş tutacaq konserti təxirə salınıb.

Məkanının musiqi koordinatoru Ömər ŞahinTeleqraf.com-a açıqlamasında sabah ölkəmizdə keçirilməli olan konsertin ləğv edilməsini Əmrahın iş qrafiki ilə əlaqələndirib:

"Əmrah məkanımızın sənətçisidir. Sadəcə olaraq Bakıda təşkil ediləcək konsert proqramı yay aylarının sonuna təxirə salınıb. Çünki Əmrah hazırda Türkiyədə deyil. İnsanlar tərəfindən şikayət yoxdur. Öncədən beh verən izləyicilərin pulu geri qaytarılır və yaxud öz istəkləri ilə Özcan Dənizin konsertinə keçirilir".

Qeyd edək ki, konsert proqramı mayın 25-də baş tutacaqdı.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər