25 May 13:52
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər televiziyasında yayımlanan "Xəzər axşamı" verilişi mərhum əməkdar artist Aygün Bəylərin vəfatından sonra ilk dəfə evindən çəkiliş edib.

Teleqraf.com xəbər verir ki, Aygün Bəylərin rəfiqəsi Nübüvvət Əmrahova mərhumun şəxsi həyatından danışıb:

"Cananın atası uşaqlıqdan bizimlə dost olub və Aygün onu sevirdi. Ona görə Aygün onunla ailə qurdu. Bu nikahdan Canan dünyaya gəldi. Bacımın arzusu o idi ki, Canan xoşbəxt yaşasın, atası yanında olsun. Atası Almaniya vətəndaşı idi. Bakıda yaşamırdı. Aygünün ürəyində keçmiş həyat yoldaşının qızı Cananın yanında ola bilməməsinin niskili qaldı".

Qeyd edək ki, Aygün Bəylər Almaniyada yaşayan Rəsul Vilayət adlı şəxslə evli olub. Onların Canan adlı qızı var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər