25 May 21:40
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Coşqun Rəhimov yutubda yayımlanan “AStar” verilişində anasının vəfatından danışıb:

Teleqraf.com xəbər verir ki, Coşqun Rəhimov kövrələrək mərhum anası haqqında bu sözləri deyib:

"Anamın ölümü bizə həyatı başa saldı. Son günləri idi. Bakıda idim. Zəng etdilər ki, gəl, halallaşmaq istəyir. İnanmırdım, getdim. Müalicələri çox oldu. Deyib, balamı istəyirəm, gəlsin. Getdim. Hamı ilə halallaşdı. Tərki-dünya idi. Dedi, hansı tərəf uzanım. Qibləsini axtarırdı. Onu qibləyə uzatmağa qıymırdıq. Böyüklərlə məsləhətləşdik, dedilər ki, onu qibləyə uzadın. Dedi ki, get filan yerdə filan şey var, gətir, yaylığı böl, birini çənəmə, birini ayağıma bağlayın. Bizi o qədər bərkitdi ki, qışqırmayın, ayıbdır. Hamımız dünyadan gedəcəyik. Lakin insanın dünya ilə vidalaşmağı, rahatlığı… Evdə çox adam var idi. Amma halallaşanda yanında həyat yoldaşı, övladları, bir də gəlini idi. Nəvələri yox idi. Halbuki anamın 15-16 nəticəsi var. Elə şərait yaratdı ki, hamısı hansısa işin arxasınca getdi. Bir möcüzə idi. Ölümünü uşaqlara göstərmədi. Ancaq öz uşaqlarına ölümünü göstərdi, dilində Allah sözü ilə canını tapşırdı. Atamla vidalaşdı, kәlmeyi-şəhadət dedi".

Xərçəng xəstəliyinə qalib gələn aktyor ağır əməliyyatından da bəhs edib:

"2010-cu il həyatımın bir parçasıdır və geri dönüşümdür. Həyat yoldaşım çox məcbur edirdi ki, xəstəxanaya gedək. Çünki boğaz hissəsində ağrılarım və kiçik şişlər var idi. 15-20 gün xəstəliyin stressini yaşadım. Həkim mənə dedi ki, sən xərçəng xəstəliyindən əziyyət çəkirsən. Sabah xəstəxanaya gəl, əməliyyat edim. Ona cavab verdim ki, sabah dostumun toyudur. Birisi gün olsun. Səhər saat 7-də evdə vəsiyyətimi etdim, halallaşdım. Sanki o sözləri deyəndə qocaldım. Ağır əməliyyat idi və hər şey ola bilərdi. Həkimimə təşəkkür edirəm".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər