26 May 22:58
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Elşad Qarayev "Zaurla Günaydın" proqramında Əməkdar artist Ruhəngiz Musəvi ilə mübahisə edib.

Teleqraf.com xəbər verir ki, ifaçı "Mən filmə kostyumla çəkilmişəm" deyərək, R.Musəvinin "Baladadaşın ilk məhəbbəti" filmində çimərlik geyimində olmasına söz atıb.

Əsəbiləşən ifaçı "Nə olsun cavan, incə qız idim. Su pərisi. İllərdir dənizə getmirəm" deyərək, həmin kadrların nümayiş edilməsinə etiraz edib.

Verilişdə qonaq olan Əməkdar artist Ruhəngiz Allahverdiyeva "Çəkilib, çimərlik geyimindədir. Efirdə milyonlar, dəniz kənarında 500 min adam gördü. Fərqi nədir? Tutaq ki, xanım dənizə gedib, 500 min adam görə bilər, amma efirdə yox? Dənizdir da, restoran deyil ki" deyərək, həmkarını müdafiə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər