27 May 13:38
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Alim Qasımovun nəvəsi Fatimə Şirinova anası, əməkdar artist Fərqanə Qasımova haqqında etirafı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Fatimə Şirinova İnstaqramda hekayə bölümündə bu sözləri qeyd edib:

"Həmişə soruşursunuz ki, belə necə analıq etməyi bacarırsınız? Hamısını anam Fərqanə Qasımovaya borcluyam. Çünki yaxşılıq etməyi, səbrli olmağı, uşaqla uşaq kimi davranmağı ondan öyrənmişəm. Anam heç vaxt bizi döyməyib. Ümumiyyətlə, anam və xalam bizə mükəmməl dost və valideyn olublar. Onları nə qədər sevsək azdır.

Mən pis insanı Allaha həvalə etməyi, yaxşılığı Allah rizası üçün eləməyi, canlıları sevməyi, ailə dəyərlərini qorumağı, həyatda ən vacib amilin hüzurlu yaşamaq olduğunu və sair bu keyfiyyətləri anamdan öyrənmişəm. Bu gün kiməsə nifrətlə yanaşmıramsa, bunu anama borcluyam. Bir manatla və yaxud da 100 manatla da xoşbəxt olmağı da anama borcluyam. Analarınızı sevin, amma onlara bağımlı yox, bağlı olun".

Qeyd edək ki, Fatimə Şirinova xalq artisti Natiq Şirinovun oğlu Ümidlə evlidir. Cütlüyün bir övladı var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər