27 May 12:58
1 285
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəqədi Rayon Məhkəməsi tərəfindən barəsində axtarış elan olunan müğənni Afət Fərmanqızı bu gün Bakıya gəlib.

Teleqraf.com xəbər verir ki, Afət Fərmanqızı İnstaqram hesabında video paylaşaraq Ali Məhkəmənin sədri İnam Kərimova müraciət edib: "İnanıram ki, məhkəmədə haqq-ədalət bərqərar olacaq".

İfaçı saytımıza açıqlamasında isə deyib ki, Moskvadan Bakıya gələrkən hava limanında heç bir problem yaşamayıb: "Analıq məzuniyyətində olduğum üçün məhkəmədə iştirak edə bilmədim. Həkim icazə vermirdi. Sənədləri bu gün təqdim edəcəm. Oğlumun toy mərasimi olacaq. Həm də məhkəmədə hansı səbəbdən iştirak edə bilməməyimin səbəbini açıqlayacam. Azərbaycana həbs edilmədən gəldim".

Qeyd edək ki, xalq artisti Flora Kərimova ilə qalmaqal yaşayan Afət Fərmanqızı haqda Binəqədi Rayon Məhkəməsi tərəfindən məhkəmələrə dəfələrlə gəlmədiyi üçün haqqında həbssiz axtarış elan olunub.





Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər